Britaniyanın baş naziri parlament seçkiləri ilə bağlı fəaliyyətini təxirə salıb

Britaniyanın baş naziri parlament seçkiləri ilə bağlı fəaliyyətini təxirə salıb
10:02 23 May 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ “Bu, dəhşətli terror aktıdır”. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Tereza Mey mayıın 23-də gecə saatlarında Mançesterdə törədilən partlayışı belə qiymətləndirib.
Tereza Mey bildirib ki, hadisənin bütün detalları araşdırılır.
İnformasiyaya əsasən, o, Britaniya cari il iyunun 8-də parlament seçkiləri ilə bağlı fəaliyyətini təxirə salıb.
Məlumata görə, mayın 23-də Britaniya hökumətinin təcili toplantısı keçiriləcək.
Qeyd edək ki, Mançesterdə amerikalı müğənni Ariana Qrande konsertində törədilən terror aksiyası nəticəsində 19 nəfər ölüb, 59 nəfər yaralanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/britaniyanin-bas-naziri-parlament-seckileri-ile-bagli-fealiyyetini-texire-salib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR