Ölüm körpüsü və qəzəbli ruhların LƏNƏTİ - Azərbaycanın qədim şəhərindən REPORTAJ

Ölüm körpüsü və qəzəbli ruhların LƏNƏTİ - Azərbaycanın qədim şəhərindən REPORTAJ
10:03 23 May 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan torpaqlarını işğal edən Ermənistanda insanların necə yaşadığı, hansı problemlərlə üzləşdiyi, diktatura rejiminin altında əzildiyi haqda məlumatlarla tanışıq. Lakin Rusiyanın “Moskovskaya komsomolskaya” nəşrinin müxbiri Artur Avakovun İrəvandan hazırladığı reportaj düşmən ölkə haqda dəhşətli faktları ortaya çıxarır.

Publika.az
həmin reportajı təqdim edir:

Sarkisyana qəddar zarafat

Ermənistan – yerlilər onu Hayastan adlandırır – Rusiyanın tək müttəfiqidir. Bununla belə respublikada hər il Moskvaya qarşı etirazlar baş verir. Bu ölkədə siyasi sistem Rusiya ilə çox oxşardır. Rusiyada “Vahid Rusiya” olduğu kimi, burada da Respublika Partiyasının “analoqu” yoxdur. Rusiyadan Ermənistanı yalnız bir fərq ayırır: burada Azərbaycanı və Türkiyəni sevmirlər, yaxud da dövlətin siyasətinə uyğun yaranmış mənzərə belədir. Sonuncu parlament seçkilərində hakim partiya seçkini uddu. Lakin bu qələbə haqda ermənilər arasında olduqca qəddar zarafat yaranıb: “Bir hamıya, hamı birə”.

Ermənilər baş verənlərdən iki gün sonra xəbər tutur

Real müxalifət hesab olunan “Yelk” bloku (Çıxış) hakimiyyətlə əməkdaşlıqdan imtina edir. Onlar qiymətlərə etirazla məşhurlaşdılar. Hətta dəfələrlə uğurlu etiraz aksiyaları keçirərək, 7-10 min insanı meydanlara çıxa biliblər. Lakin dəhşətli fakt odur ki, İrəvan sakinləri hakimiyyətə qarşı belə aksiyalardan çox gec xəbər tutur. Misal üçün, 2016-cı ildə polis alayının tutulması xəbəri sadə ermənilərə 2 gün sonra çatdı. Bu, hakimiyyətin informasiyanı blokadaya almasından irəli gəlir. Amma ermənilərin çoxu siyasətlə maraqlanmır və populist bəyanatlara inanırlar.

“Yaza qədər heç birimiz sağ çıxmayacağıq”

“Zvartnos” hava limanından şəhərin məkəzinə gedəndə yolboyu atılmış sellofan paketlər, siqaret qutuları, boş butulkalar addımbaşı yerə səpilib. Yol kənarında köhnəlmiş daxmalar, SSRİ-nin dağılmasından sonra qalmış xarabalıqlar “göz oxşayır”. Bu qış Ermənistanda çox sərt keçdi. Termometr mənfi 25 dərəcəyə qədər düşdü, şaxtada insanlar sözün əsil mənasında, buz bağlayırdı. Yerli sakinlər danışır ki, qışda hər kəs “Yaza qədər heç birimiz sağ çıxmayacağıq” deyə bildirirdilər, şəhər ölülər məskənini xatırladırdı. Çoxları inanır ki, İrəvan qəzəbli ruhlar tərəfindən lənətlənib. Nə qədər qəribə görünsə də, bu,sağ qalmağa çalışanların düşüncəsidir.

Kədərli dilənçilər və 30 ilin avtobusları

İrəvanın mərkəzində kədərli dilənçilər addımbaşı insanın qarşısına çıxır. Ən pisi odur ki, onlar kənarda sakit oturub dilənmirlər, adamdan zorla pul tələb edirlər. Ermənistandakı ümumi mənzərəni belə xarakterizə etmək olar: kiçik qrup zəngin insanlar və yoxsulluq, səfalət içində yaşayan çoxluq. Misal üçün, Ermənistanda 9 gün qaldığım (Artur Abakov) “Turist” mehmanxanasında bir neçə xarici maşın gözə dəydi, lakin iki sovet avtobusunun korteji daha çox diqqət çəkirdi. Hansı ki, bu avtobusların sonuncu buraxılışı 1985-ci ildə olmuşdu.

Ermənilərin lənəti

Ermənistanda orta maaş rəsmi rəqəmlərə görə, 185 min dramdır. Lakin reallıqda çox az adam bu pulu alır, əksəriyyətin maaşı isə bunun yarısı qədərdir. Digər rəsmi rəqəmlərə görə, pensiyaçı 41 min dram alır. Halbuki, qışda İrəvan sakinləri təkcə təbii qaza 60 min dram pul ödəyirlər. Belə sual yaranır: axı onlar necə sağ qalırlar? Qohumların xaricdən göndərdiyi pulun hesabına. Cavab budur.

Xaricdən göndərilən hansısa yardım pulları qurtuluş deyil, bu, respublikanın lənətidir. Rubllar, dollarlar, avrolar insanları acından ölməməkdən xilas etsə də, bu, onları inkişaf stimulundan məhrum edir. Tez-tez valideynlər öz övladlarını xaricə iş dalınca göndərir.

İntihar körpüsü

Əlbəttə, çoxları bu vəziyyətlə barışmır, lakin etiraz etmək də mümkün deyil. İrəvanda yoxsulların yeganə çıxış yolu Kiyev körpüsüdür: hər il onlarla insan bu körpüdən atılaraq özünü öldürür, bir o qədəri də intihara cəhd edir. Ermənistanın Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, 2014-cü ildə 155 insan Kiyev körpüsündən atılaraq intihar edib. 2015-ci ildə bu rəqəm 195, 2016-cı ildə isə 197 olub. Müqayisə üçün, “aprel müharibəsi”ndə ölənlər haqda rəsmi məlumatı göstərmək olar: 106. (Təbii ki, Ermənistanın itkiləri bu rəqəmdən qat-qat çox olmuşdu, lakin bilərəkdən gizlədilirdi).

Ermənistanda əhalinin çox hissəsi faktiki olaraq yaşamır, lakin onların adları qalır. İrəvanda az da olsa iş tapmaq mümkündür, lakin kənd yerlərində insanlar torpağı əkməklə sağ qalırlar. Dağlarda isə sağ qalmaq daha çətindir.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR