Sürücülərə şad xəbər: bu gündən qadağa ləğv olunur

Sürücülərə şad xəbər: bu gündən qadağa ləğv olunur
10:05 23 May 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən Bakıda İslam Oyunları ilə əlaqədar tətbiq olunan "Sarı zolaq" qadağası ləğv olunacaq.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər aradan götürüləcək.

Qeyd edək ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi "Oyun zolaqları" çəkilmişdi ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.

DYP-nin rəsmi məlumatına görə, 15 günə minə yaxın sürücü "Sarı zolaq" qadağısını pozduğuna görə cərimələnib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR