66 yaşlı kişi tanışı tərəfindən qətlə yetirildi

66 yaşlı kişi tanışı tərəfindən qətlə yetirildi
10:05 23 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qətl törədilib.

Milli.Az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə,  hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində tanışı, 1951-ci il təvəllüdlü Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.
 
Məlumata görə, bundan əvvəl B.Baləhmədov E.Ağayevi bıçaqlayıb. Bir ay sonra isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu bıçaqlayaraq öldürüb. Cinayəti törədən E.Ağayev saxlanılıb.
 
Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR