Türk kinosunun əfsanəvi aktrisası əməliyyat olundu - SON DURUMU - - FOTOLAR

Türk kinosunun əfsanəvi aktrisası əməliyyat olundu - SON DURUMU - - FOTOLAR
10:08 23 May 2017
115 Şou
Ölkə mətbuatı
A- A+

Türk kinosunun əfsanəvi aktrisası Hülya Koçyiğit Amerikada əməliyyat olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağ ciyər xərçəngindən əməliyyat olunan 69 yaşlı ulduzun sağlamlıq vəziyyətinin hazırda yaxşı olduğu bildirilib. “Yeşil Çam” filmlərinin sevilən ulduzu ciddi nəzarətdə saxlanılır.

Xatırladaq ki, aktrisa əməliyyata girməzdən əvvəl sosial şəbəkədə izləyicilərdən onun üçün dua etmələrini istəmişdi:

“Bu gün mənim üçün çətin bir sınaqdır. Sizə xoş xəbər verəcəyimə ümid edərək yazıram. Bir azdan əməliyyata girəcəm. Mənim üçün dualarınızı əsirgəməyəcəyinizə inanıram. Hər zaman gözəl diləklərinizlə yanımda olduğunuzu hiss etdirdiyiniz üçün hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm. Var olun".

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/199820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR