Tramp kilsədə ağladı - FOTO/VİDEO

Tramp kilsədə ağladı - FOTO/VİDEO
10:13 23 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanına səfərinin ardından İsrailə gedən ABŞ prezidenti Donald Tramp Qiyamət kilsəsində olub. Onu ziyarət zamanı İsrail rəsmiləri müşayiət etməyib.

Publika.az xəbər verir ki, Tramp burada işğal altında olan Şərqi Qüdsdə yerləşən Qiyamət kilsəsini və Aksa məscidinin qərb divarı olan və "Ağlama Divarı" kimi adlandırılan müqəddəs yeri ziyarət edib.

İsrail səfərinə ailəlikcə qatılan Trampın müşavir kürəkəni də bu mərasimdə iştirak edib.

Tramp Qiyamət Kilsəsinin əsrlərdir açarlarını saxlayan fələstinli müsəlman Cövdət ailəsinin nümayəndələri tərəfindən qarşılanıb. Trampa kilsə haqqında müxtəlif məlumatlar verilib.

"Ağlama Divarı"na əlini qoyaraq təxminən 2 dəqiqə dua edən və ağlayan ABŞ lideri, sonda yəhudilər kimi arzularını yazdığı kağızı divarın daşları arasına qoyub.

ABŞ prezidenti Donald Tramp rəsmi proqram çərçivəsində buraya səfər edən ilk ABŞ lideri kimi tarixə düşüb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR