“Cocuq Mərcanlı”nın işıqlanmasına az qaldı

“Cocuq Mərcanlı”nın işıqlanmasına az qaldı
10:14 23 May 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

“Cocuq Mərcanlı” yarımstansiyasının inşası başa çatır.

 

“Azərişıq” ASC-dən Lent.az-a verilən məlumata görə, yarımstansiyaya 8.300 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik verilişi xətti çəkilib.

 

Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədi ilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Horadiz” yarımstansiyasından 8.300 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik xətti çəkilib və bu xətdə son tamamlama işləri görülür.

 

Qurum tərəfindən Cocuq Mərcanlı kəndi ərazisində müasir standartlara cavab verən 35/10 kV-luq yeni yarımstansiya inşa edilib. Transformatorlarının gücü 2x6,3 MVA olan yeni yarımstansiyanın 35 və 10 kV-luq tərəflərində son montaj işləri aparılır. Cocuq Mərcanlı kəndində yeni özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan yeni 0,4 kV-luq şəbəkə yaradılıb.

 

Kənd ərazisində bərpası nəzərdə tutulan yaşayış binalarının elektrik təchizatı üçün 1 ədəd 10/0,4 kV-luq 1000 kVA gücündə yeni Komplekt Transformator Məntəqəsi, həmçinin 1 ədəd subartezian quyusuna xidmət edəcək 40 kVA gücündə yeni transformator quraşdırılıb. Ümumilikdə “Cocuq Mərcanlı” yarımstansiyası ətraf əraziləri, hərbi obyektləri və perspektivdə işğaldan azad olunacaq kəndləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR