XİN: Mançesterdə baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

XİN: Mançesterdə baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır
10:22 23 May 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmamasını yerli orqanlar vasitəsilə araşdırır.
Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək", - deyə, H.Hacıyev əlavə edib.
Qeyd edək ki, mayın 22-si axşam saatlarında "Mançester Arena"da keçirilən konsert zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər ölüb, təqribən 60-a yaxşı şəxs yaralanıb.







Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/xi-n-mancesterde-bas-vermis-partlayisda-olen-ve-yaralananlar-arasinda-azerbaycan-vetendaslarinin-olu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR