İngiltərədəki partlayışdan sonra paylaşılan QORXUNC TVİT aranı qarışdırdı - VİDEO - FOTO

İngiltərədəki partlayışdan sonra paylaşılan QORXUNC TVİT aranı qarışdırdı - VİDEO - FOTO
10:27 23 May 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin Mançester şəhərindəki dünyaca məşhur ulduz Ariana Qrandenin konserti zamanı partlayış baş verib. "Mançester Arena"dakı partlayışda 22 insan həyatını itirib, 59 nəfər isə yaralanıb.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, partlayışın terror olduğu ifadə edilərkən dünən axşam paylaşılan təhdid məzmunlu bir tvit ortalığı qarışdırıb. Owys663 (Üveys) adlı Tvitter istifadəçisi axşam 6.32-də yazdığı tvitlə konsertin keçirildiyi "Mançester Arena" işarəsini "İŞİD" etiketiylə birlikdə paylaşaraq "Təhdidimizi unutdunuzmu? Bu ədalətli bir terror" ifadəsindən istifadə edib.

İŞİD-in bayrağını da paylaşan Owys663-ün bu tviti qısa müddət sonra çıxarılıb və istifadəçinin profili silinib.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İngiltərədə

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR