AİF istiqrazlarının növbəti partiyasını yerləşdirməyə hazırlaşır

AİF istiqrazlarının növbəti partiyasını yerləşdirməyə hazırlaşır
10:37 23 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ Mayın 25-də Bakı Fond Birjasında “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) 15 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” AİF-ə istinadən xəbər verir ki, istiqrazlar 1 004,0833 manat qiyməti ilə satışa çıxarılacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Fondun ipoteka istiqrazlarının baza emissiya prospektini martın 6-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 100 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, qiymətli kağızların illik gəlirliliyi 3%-dir.
Yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçirilir. Depozitari və sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ai-f-istiqrazlarinin-novbeti-partiyasini-yerlesdirmeye-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR