İraq neft qiymətlərində yüksəlişi dayandırıb

İraq neft qiymətlərində yüksəlişi dayandırıb
10:42 23 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ OPEC və kartelə daxil olmayan 11 ölkənin neft hasilatının azaldılması ilə bağlı 2016-cı il noyabrın 30-da Vyanada imzalanan anlaşmanın müddətini uzadılması barədə qərarı demək olar ki, bütün tərəflər arasında razılaşdırılıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının nümayəndəsinin sözlərinə görə, sammit iştirakçıları anlaşmanın 9 ay uzadılmasına etiraz etmir. Lakin sammitin başlamasına 1 gün qalmış İraq tərəfi anlaşmanın yalnız 6 ay uzadılmasını dəstəkləyəcəyini bildirib. 
Bu açıqlama bu gün Londonda keçirilən konfransda İraqın "SOMO" neft şirkətinin rəhbəri Fələh Əlamri tərəfindən verilib. Qeyd edək ki, Əlamri öz açıqlamasını İraqın energetika nazirinin adından edib. Gözlənilməz xəbər S.Ərəbistanının energetika naziri Xalid əl-Falehin təcili olaraq Bağdada uçmasına səbəb olub.
İraq tərəfinin anlaşmanın müddəti ilə razılaşmaması neft qiymətlərinin düşməsinə səbəb olub. Hazırda "Brent" markalı neftin qiyməti dünənə nisbətən 0,5% azalaraq 53,60 dollar/barelə düşüb. Xatırladaq ki, neft hasilatının azaldılması ilə bağlı qərarın mayın 25-də Vyanada keçiriləcək 2 günlük iclasdan sonra açıqlanacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-raq-neft-qiymetlerinde-yukselisi-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR