Britaniyada terror qurbanları arasında azərbaycanlılar var?

Britaniyada terror qurbanları arasında azərbaycanlılar var?
10:47 23 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmasını yerli orqanlar vasitəsilə araşdırır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək.

Qeyd edək ki, İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.

Trend-in yerli polisin "Twitter" hesabına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 22 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/547430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR