Azərbaycanlı müğənni unudulmağından danışdı - VİDEO

Azərbaycanlı müğənni unudulmağından danışdı - VİDEO
10:54 23 May 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

“Lider TV”-nin “Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənni Kamandar İbrahimov olub. İfaçı verilişdə bir çox məqamlara toxunub, bildirib ki, zaman-zaman dost xəyanəti ilə üzləşib: “Dostlarım çox olub. Amma onların arasında məni unudanlar da çox oldu. Buna pis olmuram, Allaha şükür edirəm ki, yaxşı, sadiq dostlar da mənə qismət edib”.

 

Daha sonra ifaçı hazırkı dövrdə ona olan diqqətsizlikdən söhbət açıb: “Mən heç kimə deyə bilmərəm ki, məni efirə çağırın. Çağıran da sağ olsun, çağırmayan da”.

 

Qeyd edək ki, “Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 21:00-da “Lider TV”-də yayımlanır. Verilişin informasiya dəstəyi Lent.az-dır. Verilişin bütöv hissəsinə aşağıdakı linkdə baxa bilərsiz.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR