İsrail əsgərləri Trampın səfər edəcəyi ərazidə fələstinli gənci güllələdilər

İsrail əsgərləri Trampın səfər edəcəyi ərazidə fələstinli gənci güllələdilər
11:03 23 May 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın Fələstinə səfəri ərəfəsində İsrail əsgərləri ilə fələstinlilər arasında atışma olub.

Publika.az xəbər verir ki, İsraildə səfərdə olan Trampın bu gün Beytullahim şəhərində Fələstinin dövlət başçısı Mahmud Abbasla görüşü gözlənilir.

Bir neçə saat öncə Beytullahimdə İsrail əsgərləri fələstinli bir gənci güllələyiblər. Hadisədən sonra İsrail qüvvələri hər iki istiqamətdən nəzarət nöqtəsinə nəqliyyatın giriş-çıxışını bağlayıb.

Fəth Hərəkatı bu səfəri "tarixi və vacib" məqam hesab edir. Fələstin mətbuatı bu görüşü iki dövlət arasındakı münasibətlərin yaxşılaşması və sülh təşəbbüsündə mühüm addımların atılacağı an kimi dəyərləndirir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR