Millətlər Komitəsinin sədri: "Tümendə Azərbaycan və azərbaycanlılara qarşı xüsusi rəğbətlə yanaşırlar"

Millətlər Komitəsinin sədri: "Tümendə Azərbaycan və azərbaycanlılara qarşı xüsusi rəğbətlə yanaşırlar"
11:17 23 May 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Tümen. 23 may. REPORT.AZ/ "Tümendə Azərbaycan və azərbaycanlılara qarşı xüsusi rəğbətlə yanaşırlar".
"Report" xəbər verir ki, bunu Tümen vilayətinin hökumət üzvü, Millətlər Komitəsinin sədri Yevgeni Vorobyov Azərbaycan jurnalistləri ilə görüşündə deyib.
"Tümen vilayətində 150-dən çox millətin nümayəndəsi yaşayır və biz hamı ilə, o cümlədən azərbaycanlılarla sıx əlaqədə oluruq. Həmçinin Yekaterinburqda yerləşən Azərbaycanın konsulluğu ilə də əlaqələrimiz var. Azərbaycanın baş konsulu dəfələrlə müxtəlif mövzularla əlaqədar Tümen vilayətində olub", - Y.Vorobyov bildirib.
Onun sözlərinə görə, Azərbaycan diasporunda güclü liderlər, ziyalılar, uğurlu iş adamları var.
Tanınmış azərbaycanlı geoloq Fərman Salmanov haqqında danışan Komitə sədri onun Tümen vilayətində geologiyanın inkişafına töhfəsinin əvəzolunmaz olduğunu qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/milletler-komitesinin-sedri-tumen-azerbaycan-ve-azerbaycanlilara-qarsi-xususi-regbetle-yanasirlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR