Pərviz Abdullayev: "Hər kəs məndən qızıl medal gözləyirdi"

Pərviz Abdullayev: "Hər kəs məndən qızıl medal gözləyirdi"
11:27 23 May 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ “Hər kəs məndən qızıl medal gözləyirdi. Lakin İran Çindən sonra bu idman növündə dünyada ikinci yerdə gedir”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda idman növü üzrə yarışlarda bürünc medal qazanan Pərviz Abdullayev deyib. 
O bildirib ki, birinci döyüşdə Türkmənistan idmançısını ilk raundda, ardınca güclü türk idmançısına qalib gəlib: “Təəssüf ki, yarımfinal görüşündə iranlı idmançıya məğlub oldum. O da bu idman növü üzrə dünya çempionu idi. Çox ağır döyüş keçdi. Güləş fəndində ona məğlub oldum”. 
Abdullayev həmçinin xatırladıb ki, uşu-sanda idman növü onun ilk məşğul olduğu idman növü olub: “Daha sonra kik-boksinqlə məşğul oldum. Kik-boksinq idman növündə beş qat dünya çempionuyam. Son 8 ayda uşu-sanda idman növü ilə yenidən məşğul oldum. İslamiadada üçüncü yerə çıxdım. Kik-boksinqi dayandırmamışam. Hər iki idman növü üzrə döyüşlərimi davam etdirirəm. Uşu-sanda idman növü üzrə qarşıda tələbələrin universiadası var. Eyni zamanda, sentyabr ayında dünya çempionatı da var. Hər iki yarışda da döyüşəcəm. Artıq dünən kik-boksinqlə bağlı dəvət almışam. İyun ayının sonlarında Çinin Sanya şəhərində yarış olacaq”.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/perviz-abdullayev-her-kes-menden-qizil-medal-gozleyirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR