Hava limanında İsrail vətəndaşına qarşı qanunsuzluq olub? - RƏSMİ AÇIQLAMA

Hava limanında İsrail vətəndaşına qarşı qanunsuzluq olub? - RƏSMİ AÇIQLAMA
11:27 23 May 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi (DGK) ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Hava limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarşı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair məlumatların yayılmasına münasibət bildirib.

DGK Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, sözügedən məlumatlar həqiqətə uyğun deyil: "Qeyd edək ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bunu aşağıdakı videoçəkilişdən də aydın görmək olar. Faktla bağlı ətraflı məlumat veriləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/547442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR