Hamı onun axtarır - Mançester terrorundan əvvəl QORXUNC TVİT - FOTO

Hamı onun axtarır - Mançester terrorundan əvvəl QORXUNC TVİT - FOTO
11:33 23 May 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Dünən İngiltərənin Mançester şəhərində stadionda baş verən partlayış öncəsi Tvitterdə yazılan bir statusun müəllifinin kimliyi araşdırılır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, status terror aktından bir neçə saat əvvəl yazılıb.

İŞİD terror təşkilatının tərəfdarı olduğu ehtimal edilən “Owys663” adlı Tvitter istifadəçisi İŞİD etiketi ilə “Təhdidimizi unutdunuzmu? Bu ədalətli bir terrordur” yazıb. Tvitt və istifadəçi profili qısa müddət sonra silinib.

Suriyada İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın üzvü olan İngiltərə daha əvvəl də bir neçə dəfə İŞİD tərəfindən təhdid edilib.

2017-ci il martın 22-də paytaxt Londonda baş verən terror hücumunda bir İŞİD tərəfdarı avtomobili insanların arasında sürərək 6 nəfərin ölümünə səbəb olmuşdu.

Xatırladaq ki, ötən gecə Mançester şəhərində konsert zamanı stadionda baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.

Terror aktının kamikadze tərəfindən törədildiyi dəqiqləşib. İŞİD terror təşkilatının döyüşçüləri terror aktına görə, məsuliyyəti öz üzərinə götürüblər. İraqın internet-portalı "Axbar İraq" xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yerləşdirilib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR