DGK: İsrail vətəndaşı valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlətməyə çalışıb (VİDEO)

DGK: İsrail vətəndaşı valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlətməyə çalışıb (VİDEO)
11:36 23 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi (DGK) hava limanında İsrail vətəndaşına qarsı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komitənin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

"Qeyd edək ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bunu videoçəkilişdən də aydın görmək olar. Faktla bağlı ətraflı məlumat veriləcək".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2758033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR