​İngiltərədəki terrorun arxasında kimlər dayanır?

Dünən gecə saatlarında İngiltərənin Mançester şəhərində terror aktı baş verib.

Son məlumatlara görə, hadisə nəticəsində 22 nəfər ölüb, 59 nəfər isə yaralanıb. İlkin versiyaya əsasən, konsertdən sonra tamaşaçılar stadionu tərk edərkən terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.

Baş verən hadisə ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Adgözəl Məmmədov bildirib ki, baş verən hadisənin arxasında hansı qüvvənin dayandığını dəqiq demək olmaz. Müqayisəli təhlil aparmalıyıq:

“Bu terrorun arxasındakı qüvvələri hamı bir ağızdan Yaxın Şərqlə bağlayır. Amma bu məsələyə birtərəfli yanaşmaq düzgün deyil. Əlbəttə ki, bunun arxasında İŞİD qruplaşması, eyni zamanda Şimali İrlandiyanın “Azadlıq hərəkatı” qüvvələri dayana bilər. Onun arxasında İngiltərənin daxili siyasi çevrələrin maraqlarını müdafiə edən qüvvələr də ola bilər. Bunu birmənalı qiymətləndirmək olmaz. Amma terror lənətlənməlidir”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR