Bakıda məşhur klinikanın rəhbəri həbs olundu

"Lanset” klinikasının təsisçilərindən biri olan Fərman Ceyranlı həbs edilib.

Həbs edilən Fərman Ceyranlı cinayət məcəlləsinin 180-ci maddəsi ilə günahlandırılır.

Qeyd olunan maddə isə dələduzluqdur. Cinayət işində iki nəfərin adı keçir.

Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz ciyər transplantasiyası əməliyyat baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl "Lanset” in lisenziyası geri alınıb.

Fərman Ceyranlıya rəsmi ittiham bu gün irəli sürüləcək.

Hazırda o baş polis idarəsinin müvəqqəti təcridxanasındadır. //Azxeber.com



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR