İslam oyunlarında neçə sürücü cərimələndi? - RƏSMİ

İslam oyunlarında neçə sürücü cərimələndi? - RƏSMİ
11:39 23 May 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin sayı açıqlanıb.

 

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, indiyə olan rəqəmlərə görə, mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi  Oyunları ilə bağlı çəkilən sarı zolaqlara daxil olan 1319 sürücüyə elektron protokol yazılıb.

 

V.Əsədov bildirib ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə bu gün saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunur: “Həmin vaxtdan etibarən quraşdırılmış nişanların çıxarılması işlərinə başlanacaq". 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR