Türkiyə və Gürcüstan hökumətlərinin başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Türkiyə və Gürcüstan hökumətlərinin başçıları  regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
11:47 23 May 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 23 may. REPORT.AZ/ Türkiyənin Baş naziri Binəli Yıldırım mayın 23-də Gürcüstana rəsmi səfər gəlib.
Rəsmi qarşılanma mərasimindən sonra Baş nazir Binəli Yıldırım gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə bir sıra məsələlər, o cümlədən regional təhlükəsizlik və birgə həyata keçirilən irimiqyaslı, enerji, infrastruktur və nəqliyyat layihələrinin perspektivləri müzakirə olunub.
Türkiyə-Gürcüstan diplomatik münasibətlərinin 25-ci ildönümü ilə əlaqədar Tbilisidə Türkiyə-Gürcüstan Strateji Araşdırmalar Şurasının ikinci iclası keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-ve-gurcustan-hokumetlerinin-bascilari-regional-tehlukesizlik-meselelerini-muzakire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR