Azərbaycan XİN Mançesterdə stadionda törədilən terror hücumunu pisləyib

Azərbaycan XİN Mançesterdə stadionda törədilən terror hücumunu pisləyib
11:52 23 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Mançesterdə stadionunda törədilən terror hücumunu pisləyib. "Report" xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətindən bildiriblər.
"Baş verənlərlə əlaqədar ölənlərin ailələrinə və Britaniya hökumətinə dərin hüznlə başsağlığı veririk", - XİN-dən bildiriblər.
Qeyd edək ki, mayın 22-də "Mançester arena"da keçirilən konsert zamanı partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər həlak olub, təxminən 60 nəfər yaralanıb.
Böyük Britaniyanın baş naziri Tereza Mey Mançesterdəki partlayışı dəhşətli terror aktı kimi dəyərləndirib. Polisin məlumatına görə, partlayışı ilkin ehtimallara görə, təkaşına hərəkət edən terrorçu-kamikadze törədib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-xi-n-mancesterde-stadionunda-toredilen-terror-hucumunu-pisleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR