Azərbaycanda məşhur aparıcının səhhəti pisləşdi

Azərbaycanda tanınmış aparıcı Leyla Quliyevanın səhhətində problem yaranıb.

Aparıcı bu barədə Metbuat.az-a müsahibəsi zamanı deyib. O qeyd edib ki, bu mövsümdə çəkişilərə qatıla bilməyib:

"Hazırda AZTV telekanalında iki layihənin aparıcısıyam. Biri məktəblilərlə, digəri isə böyüklərlə bağlıdır. Bu mövsümdə çəkişilərə qatıla bilmədim. Çünki səhhətimdə bəzi problemlər var. Ancaq uşaqların çəkilişlərini bitirdim və ara verdim. Yəni, bir mövsüm olmayacam. Həmin mövsümdən sonra nə olacaq deyə bilmərəm".

- Səhhətinizdəki problem ciddi deyil?

"Qətiyyən! Müəyyən bir müalicə dövrü lazım idi. Eyni dönəmə təsadüf etdiyi üçün gedə bilmədim. Çox istəyirdim, lakin buna icazə vermədilər".

Qeyd edək ki, aparıcının maraqlı müsahibəsini sabah saytımızdan oxuya bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR