Azərbaycan Mançesterdə törədilmiş terror aktını pisləyib

Azərbaycan Mançesterdə törədilmiş terror aktını pisləyib
12:01 23 May 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Böyük Britaniyanın Mançester şəhərində stadionda törədilmiş terror aktını pisləyir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yazılıb.

Nazirlik hadisə ilə bağlı həlak olanların yaxınlarına və Böyük Britaniya hökumətinə dərin hüznlə başsağlığı verdiyini bildirib.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2758050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR