Bakıda sarı zolaqlarda hərəkətə tətbiq edilmiş məhdudiyyət ləğv olunub

Bakıda sarı zolaqlarda hərəkətə tətbiq edilmiş məhdudiyyət ləğv olunub
12:02 23 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə bu gün - may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunub.
Bu barədə “Report”a Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən bildirilib.
Xatırladaq ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilmişdi. Həmin zolaqlarla may ayının 5-dən operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-sari-zolaqlarda-herekete-tetbiq-edilmis-mehdudiyyet-legv-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR