Ələt xüsusi iqtisadi zonasının yaradılması ilə bağlı 3 təklif verilib

Ələt xüsusi iqtisadi zonasının yaradılması ilə bağlı 3 təklif verilib
12:02 23 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət 3 əsas təkliflə çıxış edib. "Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
"Birləşmiş Ərəb Əmirliklərinin "DP World" şirkəti ərazinin baş planı, azad zona haqqında qanun layihəsinin hazırlanması və qanunvericiliyə zəruri dəyişikliklərin edilməsi, son olaraq texniki-iqtisadi əsaslandırma təklifləri ilə çıxış edəcək", - deyə nazir əlavə edib.
Ş.Mustafayevin sözlərinə görə, təkliflər zəruri dövlət qurumlarının nümayəndələri ilə müzakirə edildikdən sonra dövlət başçısına təqdim olunacaq.
Nazir əlavə edib ki, Bakı limanında 2016-cı ildə 3 mln. ton yük aşırılıb, yeni limanda isə yük aşırma həcminin 15 mln. tona yüksələcəyi nəzərdə tutulub.
"2017-ci ilin birinci rübündə avtomobillə daşımaların həcmi 50% artıb. Bundan başqa, ötən ilin birinci rübü ilə müqayisədə cari ilin müvafiq dövründə neft daşımalarının həcmi 34%, qeyri-neft daşımalarının həcmində isə 50% artım qeydə alınıb", - deyə Ş.Mustafayev bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/elet-xususi-iqtisadi-zonasinin-yaradilmasi-ile-bagli-3-teklif-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR