Azərbaycanda cəmi 1 275 manata dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda cəmi 1 275 manata dövlət əmlakı özəlləşdirilib
12:12 23 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.
Komitədən “Report”a verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi olmaqla 6 dövlət əmlakı özəlləşdirilib.
Kiçik dövlət müəssisələri Bakının Sabunçu rayonunda və Gəncə şəhərində, qeyri-yaşayış sahələri isə paytaxtın Qaradağ rayonunda, Sumqayıt şəhərində və Ağdaş rayonunda yerləşir. Əmlakların sahəsi 16,6-67,1 kv.m arasında dəyişir.
Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Sabunçudakı 11 saylı çayxana olub. Obyekt 24 min manata, torpaq sahəsi ilə birgə realizə edilib. Onun torpaq sahəsi 531,7 kv.m, ümumi faydalı sahəsi isə 89 kv.m-ə yaxındır.
Gəncədəki çilingər emalatxanası isə cəmi 1 275 manata sahibini tapıb.
Bugünki hərracda daha az investisiya tələb edən əmlaklar da özəlləşdirilib. Bunlardan biri Qaradağda yerləşən, ölçüsü 16,6 kv.m olan qeyri-yaşayış sahəsidir. Həmin əmlak 3 500 manata özəlləşdirilib. Ağdaşdak yerləşən, ölçüsü 28,2 kv.m olan qeyri-yaşayış sahəsi isə 6 min manata sahibini tapıb.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Növbəti hərrac mayın 30-da keçiriləcək. Bu hərraca ümumilikdə 49 əmlak - 20 səhmdar cəmiyyəti, 12 kiçik dövlət müəssisə və obyekti, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 3 nəqliyyat vasitəsi çıxarılıb. Əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1778




Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-cemi-1-275-manata-dovlet-emlaki-ozellesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR