Azərbaycanlı cərrah həbs edildi

Azərbaycanlı cərrah həbs edildi
12:14 23 May 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Tiflisdə fəaliyyət göstərən “Lanset” klinikasının sahibi Fərman Ceyranov saxlanılıb. Lent.az-ın məlumatına görə, bu barədə yerli KİV məlumat yayıb. Ceyranov cinayət məcəlləsinin 180-ci maddəsi (dələduzluq) ilə günahlandırılır.

Xeber.ge-nin Gürcüstan İctimai televiziyasına istinadən məlumatında isə deyilir ki,  cinayət işində iki nəfərin adı keçir.

Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz ciyər transplantasiyası əməliyyat baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.

Lent.az-ın əmkadaşı adıgedən saytın redaktoru Amil Hacıyevlə əlaqə saxlayıb. Amil bəyin bildirdiyinə görə, Gürcüstan hüquq-mühafizə orqanlarındakı mənbə xəbəri təsdiqləyib Fərman Ceyranova qarşı bu gün rəsmi ittiham irəli sürüləcək.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset” in lisenziyası geri alınıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR