Bakıda zolaqlara görə 1319 sürücü cərimələnib

Bakıda zolaqlara görə 1319 sürücü cərimələnib
12:22 23 May 2017
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda İslamiada ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin sayı açıqlanıb.

Milli.Az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov APA-ya deyib ki, Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına daxil olanların sayı ötən oyunlarla müqayisədə xeyli azalıb: "Mayın 5-dən bu günədək bu zolaqlara daxil olaraq qayda pozan 1319 nəfər inzibati məsuliyyətə cəlb edilib".
 
Qeyd edək ki, bu gün saat 12.00-dan etibarən xüsusi zolaqlarla bağlı məhdudiyyət aradan qaldırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR