Bakıdakı dəhşətli yanğından YENİ GÖRÜNTÜLƏR - VİDEO - FOTO

Bakıdakı dəhşətli yanğından YENİ GÖRÜNTÜLƏR - VİDEO - FOTO
12:32 23 May 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yanğın hadisəsi baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, yanğın Ziya Bünyadov prospekti, Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən binada qeydə alınıb.

Yanğın barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat saat 16:53 radələrində daxil olub. Dərhal hadisə yerinə texnika və şəxsi heyət göndərilib, təxminən 30 dəqiqə sonra yanğın məhdudlaşdırılıb, 15 dəqiqə sonra tam söndürülüb.

1 otaqlı, ümumi sahəsi 30 kvadrat metr olan mənzilin yanar konstruksiyaları yanıb. Mərtəbələrdən 2 azyaşlı uşaq xilas edilib. 

Kəşfiyyat zamanı mənzildə iki qardaş - 52 yaşlı Çeykullayev Aleksandr Petroviç və 54 yaşlı Çeykullayev Anatoli Petroviçin meyitləri aşkar olunub. Qonşuların sözlərinə görə, qardaşlardan biri xəstə, digəri isə içkiyə meylli olub, tüfeyli həyat keçirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıdakı dəhşətli yanğının YENİ GÖRÜNTÜLƏRİ


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/547466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR