Azərbaycanda ​“92” markalı benzin bahalaşacaq

Ötən həftələrlə müqayisədə neftin dünya bazarlarında qiyməti bahalaşmaqda davam edir. Bu bahalaşmanın Azərbaycandakı benzin qiymətlərinə təsiri olacaqmı?

“Neftin qiyməti bir müddət də 55 dollardan yuxarı qalsa, Tarif Şurası “92” markalı benzinin qiymətini qaldıra bilər”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, Azərbaycanda benzinin qiymətinin dünya bazarlarında baş verənlərlə birbaşa əlaqəsi yoxdur. Çünki bu məsələyə ölkəmizdə Tarif Şurası baxır:

““Premium” markalı benzini bazar tənzimləyir. “92” markalı benzin isə dövlət nəzarətindədir. Tarif Şurası istənilən halda qiymətləri qaldırıb, sala bilər. Ona görə də, dünyada gedən proseslərlə yox, ölkədə gedən maliyyə məsələləri ilə bağlı benzinin qiymət artımının yüksək olduğunu düşünürəm”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR