Çində inanılmaz “Şeytan çarxı” - FOTO

Çində inanılmaz “Şeytan çarxı” - FOTO
12:33 23 May 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Çin sözün həqiqi mənasında zirvələrə yüksəlir.

Publika.az xəbər verir ki, Çinin şərqində Baylanq çayının üzərində futuristik “Şeytan çarxı” qurulub. Çarx ənənəvi atraksuionlardan görünüşünə və hündürlüyünə görə fərqlənir.

Növbəti ay istifadəyə veriləcək çarxın qeyri-adi görünüşü var. Diametri 145 metr olan çarxda 36 kabinə var, hər bir kabinəyə 10 adam yerləşə bilər. Bu çarxın hazırlanmasına 4,6 ton polad sərf edilib. Kabinələrin içərisində teleekranlar yerləşdirilib, həmçinin Wi-Fi-la təmin edilib.

Güman olunur ki, ekranlarda kabinənin kənardan görünüşü ümumi fonda canlı yayınlanacaq. Yəni insanlar 28 dəqiqə ərzində həm yüksəklikdən mənzərəni seyr edəcəklər, həm də ərazini və özlərini kənardan müxtəlif rakurslarda canlı çəkilişlə görə biləcəklər.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR