Çiyələk saplağı çayı min dərdin dərmanıdır

Çiyələyin saplağı faydasına görə heç də çiyələkdən geri qalmır. Tərkibi vitaminlər (C vitamini), minerallar və yararlı maddələrlə zəngindir.

Metbuat.az xəbər verir ki, çiyələk saplağından hazırlayacağınız çay bir çox xəstəliyin müalicəsində istifadə edilir. Çayı hazırlamaq üçün saplaqları açıq havada qurudun. 15 çiyələk saplağını bir stəkan suda yarım saat dəmləyib çay kimi için. Həmçinin çiyələk saplaqlarını normal və ya yaşıl çaya da əlavə edə bilərsiniz.

Çayın faydaları nələrdir?

Mikrobları öldürür. İltihablanmaya qarşı təsirlidir. Təzyiqi normallaşdırır. Qanda xolestrol və şəkərin səviyyəsini aşağı salır. Sidikqovucudur. Böyrəkləri təmizləyir. Bu çay həmçinin gözəl sakitləşdirici vasitədir, stressi azaldır, əhvalı yaxşılaşdırır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR