Sürücülərə ŞAD XƏBƏR: bu qadağa ARADAN QALDIRILIR

Sürücülərə ŞAD XƏBƏR: bu qadağa ARADAN QALDIRILIR
12:38 23 May 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bu gün saat 12:00-dan etibarən sarı rəngli, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı nəzərdə tutulan bəzi küçə və prospektlərdə avtomobil zolağı üzrə hərəkəti qadağan edən yol nişanın götürülməsinə start veriləib. May ayının 5-dən bu günə qədər keçirilən tədbirlər zamanı bu qaydanı pozduqlarına görə 1319 sürücü barəsində tənbeh tədbirləri görülüb”.

Bu barədə Publika.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, qayda pozulma halları əvvəlki illərlə müqayisədə azalıb: “Ötən illər keçirilən bəzi tədbirlərdə bu kimi məhdudiyyəti pozanların sayının müqayisəsini aparsaq, xeyli azalmanı müşahidə edə bilərik. Bu da sürücülərimizin yol-hərəkət qaydaları ilə bağlı məlumatlılığının yüksəldiyini göstərir”.

Bəzən yolda sıxlıq olmadığı halda sürücülərin “Oyun zolağında” hərəkət etməsi, bəzi taksi sürücülərinə güzəşt edilməsi ilə bağlı fikirlərə gəldikdə, V.Əsədov bunların doğru yanaşma olmadığını dedi: “Bəzi yerlərdə yol polisi əməkdaşları hərəkəti nizamladığı hallarda sürücülərin sarı zolaqla hərəkət etməyə işarə edib. Özbaşına zolağa daxil olanların hamısı cərimələnib. Taksi fəaliyyəti ilə məşğul olanların sarı zolağa daxil olmasına məhdudiyyət qoyulmaması ilə yanlış fikirlərdir. Bu zolaqda hərəkət edən taksilər və sərnişindanışma ilə məşğul olan fiziki və hüquqi şəxslərlə Təşkilat Komitəsi arasında müqavilə imzalanıb. Həmin taksilərin sarı zolaqda rahat hərəkəti də bununla bağlı idi. Həmin maşınların tanınması üçün arxasında sarı dairəvi nişan vurulub və onlara nömrə verilib. Yəni heç kim onlara güzəşt etməyib”.
Qeyd edək ki, mayın 5-dən tətbiq olunan qadağaya əsasən, zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş nəqliyyat vasitələri daxil ola bilər. Bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə edilib. Bu müddət ərzində cərimənin ümumi miqdarı 52760 manat olub

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/199845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR