"Qəbələ" klubu Rəşad Sadiqovla yollarını ayırıb

"Qəbələ" klubu Rəşad Sadiqovla yollarını ayırıb
12:42 23 May 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ "Qəbələ" klubu futbolçu Rəşad Sadiqovla yollarını ayırıb. Bu barədə "Report"a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
S.Səfiyarlı bildirib ki, 34 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin uzadılmamasına qərar verilib: "Sadiqov komandamızda çıxış etdiyi 2,5 il ərzində çox kömək etdi. Amma artıq bəzi amilləri nəzərə alaraq, onunla anlaşmanı yeniləməmək qərarına gəldik. Ona gələcək karyerasında uğurlar arzulayırıq".
Qeyd edək ki, Rəşad Sadiqov "Qəbələ"də 2014-cü ilin dekabrından çıxış edirdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-klubu-resad-sadiqovla-yollarini-ayirib-resmi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR