Yeni dövlət müəssisələri özəlləşdirilib

Yeni dövlət müəssisələri özəlləşdirilib
12:44 23 May 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Əmlak Məsələləri Dövlət Komitəsi  mayın 23-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Komitədən Lent.az-a verilən məlumata görə, budəfəki hərracda 2 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi özəlləşdirilib.

 

Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 1-i paytaxtda, 2-si isə regionlarda yerləşir.  Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti Qaradağ rayonunda yerləşir.

Regionlarda keçirilən hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Sabunçu rayonunda və Gəncə şəhərində yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak  paytaxtın Sabunçu rayonunda yerləşən 11 saylı çayxana olub.  Adı çəkilən əmlak 24 min manata özəlləşdirilib. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi  531,7 kv.m, ümumi faydalı sahəsi isə 89 kv.m-ə yaxındır. Özəlləşdirilən növbəti kiçik dövlət müəssisəsi Gəncə şəhərində yerləşən Çilingər emalatxanasıdır. Belə ki, həmin əmlak  1275 manata sahibini tapıb.

 

Bölgələrdə özəlləşdirilən 2 qeyri-yaşayış sahəsindən 1-i Sumqayıtda, 1-i isə Ağdaşda yerləşir. Özəlləşdirilən əmlaklarıın sahəsi isə 16,6 kv.m ilə 67,1 kv.m arasında dəyişir. 

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Qaradağ rayonunda yerləşən, sahəsi 16,6 kv.m olan qeyri yaşayış sahəsidir. Həmin əmlak 3 min 500 manata özəlləşdirilib. Həmçinin Ağdaş rayonunda yerləşən, sahəsi 28,2 kv.m olan qeyri yaşayış sahəsi də 6 min manata sahibini tapıb.

 

 

Qeyd edək ki, hərracda istənilən şəxs iştirak etmək hüququna malikdir. Bunun üçün vətəndaşın Özəlləşdirmə portalı (privatization.az) üzərindən əmlakı seçib sifariş verməsi kifayətdir. Sifarişçi portal vasitəsilə  hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə məlumatları əldə edə bilər.

 

Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac mayın 30-da keçiriləcək. Bu hərraca ümumilikdə 49 əmlak çıxarılıb. Bunlardan  20-si səhmdar cəmiyyəti, 12-i kiçik dövlət müəssisə və obyekti, 14-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək olar:

 

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1778

 

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR