"Barselona" klubunun keçmiş prezidenti saxlanılıb

"Barselona" klubunun keçmiş prezidenti saxlanılıb
12:47 23 May 2017
36 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ İspaniyanın “Barselona” futbol klubunun keçmiş prezidenti Sandro Rosell “çirlki pulların yuyulması” ittihamı ilə saxlanılıb.
“Report”un məlumatına görə, S.Rossellə birlikdə daha 4 nəfər tutulub. Onun Braziliya milli komandasının oyunlarının canlı yayımlanmasından qanunsuz olaraq, komission haqqı aldığı və vergidən yayındığı müəyyənləşdirilib. Tutulanlar arasında Braziliya Futbol Federasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra da var.
Təhlükəsizlik qüvvələri əməliyyat çərçivəsində Andorra, İspaniyanın Kataloniya əyalətinin Barselona, Girona və Lleida şəhərləində bəzi evlər və iş yerlərində axtarış aparıb.
Qeyd eədk ki, Sandro Rossel 2010 - 2014-cü illrədə “Barselona” klubunun prezidenti olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-klubunun-kecmis-prezidenti-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR