İki dəqiqə 47 saniyəlik zorlanma videosunu özü çəkdi - FOTO

İki dəqiqə 47 saniyəlik zorlanma videosunu özü çəkdi - FOTO
12:47 23 May 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

Bir qız özünə edilən mərhəmətsiz təcavüz cəhdini cib telefonu kamerasıyla qeyd etməyi bacarıb və tecavüzçünün tutulmasına kömək edib.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, 18 yaşlı şagird Lillian Konstantine İngiltərənin Kent şəhərində evinə gedərkən hücuma məruz qalıb. Qız ona təcavüz etməyə çalışan şəxsin görüntülərini mobil telefonuyla çəkməyi bacarıb. İki dəqiqə 47 saniyəlik videoda qız zorlanma anında qışqırır və təcavüzkara dayanmağı üçün yalvarır.

İlk dəfə bir qurban ona təcavüz edən şəxsin görüntülərini çəkməyi bacarır.

Lillianın dəhşət anlarını telefonunun kamerasına çəkməyi bacarmağına səbəb isə o məqamda telefonundakı əl fənəri vasitəsi ilə işıq salaraq yolu görməyə çalışmağıydı. Şagird qız bunun sayəsində kamera düyməsinə zaman itirmədən toxunmağı bacarıb.

34 yaşlı Aşraf Miah gənc qıza bir küçə lampasının altında hücum edib. Polis banqladeşli kişinin görüntülərini araşdırır. Qeyri-qanuni immiqrantı 13 il yarım həbs cəzası gözləyir.

Böyük bir cəsarət göstərərək hücumu kameraya çəkən Lillian Konstantine "Yaxşı ki, çəkməyi bacardım. Yoxsa mənim başıma gələnlər bir başqasının başına da gələ bilərdi" deyib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR