UCI Maksim Averinlə bağlı qərarını açıqlayıb

UCI Maksim Averinlə bağlı qərarını açıqlayıb
12:50 23 May 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) bu ilin martında analizində qəbulu qadağan olunmuş meldonium maddəsi tapılan Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü Maksim Averinlə bağlı qərarını açıqlayıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, bu il martın 10-da Xorvatiyada keçirilən birgünlük "İstiran Spring Trophy" yarışı zamanı M.Averindən götürülən analiz müsbət nəticə verdiyi üçün, Beynəlxalq Velosipedçilər İttifaqı və Beynəlxalq Antdopinq Agentliyi (WADA) tərəfindən meldoniumun hansı məqsədlərlə istifadə olunmasını müəyyənləşdirmək üçün araşdırmalara başlanılmışdı.

Araşdırmalar nəticəsində məlum olub ki, ötən ilin dekabrında çiynindən cərrahiyyə əməliyatı olunan M.Averin bu preparatdan həkimin tövsiyyəsinə əsasən istifadə edib və bu heç bir halda idman nailiyyətlərinin yaxşılaşdırılmasına xidmət etmir. Bu səbəbədən də Beynəlxalq Velosipedçilər İttifaqı qəbulu qadağan edilmiş meldonium prerapatından ehtiyatsız istifadə faktını yüngülləşdirici hal kimi əldə əsas tutaraq, uzunmüddətli cəzadan vaz keçib və M.Averin 15 ay müddətinə UCİ bayrağı altında keçirilən bütün yarışlarda iştirakdan kənarlaşdırılıb. Cəza müddəti Maksimin cərrahi əməliyyata məruz qaldığı vaxtdan, yəni 2016-cı ilin dekabr ayından etibarən hesablanır və 2018-ci il martın sonunda başa çatacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2758094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR