Ploieşti Neft-Qaz Universiteti və Bakı Ali Neft Məktəbi əməkdaşlıq edəcək

Ploieşti Neft-Qaz Universiteti və Bakı Ali Neft Məktəbi əməkdaşlıq edəcək
12:57 23 May 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Buxarest. 23 may. REPORT.AZ/ Mayın 24-25-də Bakıda keçiriləcək I Azərbaycan-Rumıniya Universitet Forumu çərçivəsində Rumıniyanın Ploieşti Neft-Qaz Universiteti və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq. 
Bu barədə “Report”un Şərqi Avropa bürosuna Ploieşti Neft-Qaz Universitetinin prorektoru Mihail Minesku məlumat verib. 
“İstərdik ki, imzalayacağımız əməkdaşlıq memorandumu çərçivəsində Erasmus proqramı ilə azərbaycanlı doktorant, magistr və tələbələr bizim universitetdə təhsil alsınlar. Bununla yanaşı, müəllim və professor heyəti mübadilə proqramlarında fəal iştirak etsinlər”, - prorektor bildirib.
N.Minesku deyib ki, cari il Ploieşti Universitetinin neft-qaz istiqaməti üzrə ali təhsil verməsinin 50 ili tamam olur: "Biz bu ilin oktyabrında yeni tədris ilinin başlanması ilə 50 illik yubileyimizi də qeyd edəcəyik. Bakıya səfərim zamanı Azərbaycan Təhsil Nazirliyi, eləcə də Bakı Ali Neft Məktəbinin nümayəndələrini sözügedən tədbirdə iştiraka dəvət edəcəyik”.
Qeyd edək ki, Azərbaycan-Rumıniya Universitet Forumu çərçivəsində Rumıniyanın 10-dan çox qabaqcıl ali təhsil müəssisəsinin rektor, prorektor və təmsilçiləri Azərbaycana səfər edəcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Ploieşti Neft-Qaz Universitetinin fəxri doktorudur. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/ploiesti-neft-qaz-universiteti-ve-baki-ali-neft-mektebi-emekdasliq-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR