"Barselona"nın keçmiş prezidenti saxlanıldı

"Barselona"nın keçmiş prezidenti saxlanıldı
13:05 23 May 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" futbol klubunun keçmiş prezidenti Sandro Rosell "çirkli pulların yuyulması" ittihamı ilə saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, S.Rossellə birlikdə daha 4 nəfər tutulub. Onun Braziliya milli komandasının oyunlarının canlı yayımlanmasından qanunsuz olaraq, komisyon haqqı aldığı və vergidən yayındığı müəyyənləşdirilib. Tutulanlar arasında Braziliya Futbol Federasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra da var.

Təhlükəsizlik qüvvələri əməliyyat çərçivəsində Andorra, İspaniyanın Kataloniya əyalətinin Barselona, Girona və Lleida şəhərləində bəzi evlər və iş yerlərində axtarış aparıb.
Qeyd edək ki, Sandro Rossel 2010 - 2014-cü illrədə "Barselona" klubunun prezidenti olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR