"İnstaqram"-da yenilik

"İnstaqram" sosial şəbəkəsi “Arxiv” adlı yeni funksiyasını istifadəyə verəcək.

Metbuat.az xəbər verir ki, bu funksiya istifadəçilərə mövcud postları silmədən digərlər istifadəçilərdən gizlətməyə imkan verəcək.

Bu yolla istifadəçilər əvvəllər az "Like"yığdıqlarına görə ləğv etdikləri fotoları gizlətməklə, qoruya biləcək. "Arxiv" funksiyası ilə foto silinmədən istənilən müddətə profildə gizli şəkildə saxlanılacaq.

Arxivdəki fotonu yenidən aktiv etmək istədikdə isə, "Arxiv" bölümündən "Profildə göstər-i seçməlisiniz.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR