​Neft bahalaşmaqda davam edəcəkmi?

Dünya birjalarında neftin qiyməti son bir neçə həftədir bahalaşmaqda davam edir.

Belə ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar bahalaşaraq 50,73 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar ucuzlaşaraq 53,60 dollar olub. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,47 dollar bahalaşaraq 54,72 dollar təşkil edib.

Neftin qiymətinin artımı ilə bağlı Metbaut.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, yaxın gələcəkdə neftin qiymətinin ciddi artımı gözlənilmir:

“Cəmi 2 ay bundan qabaq “Brent” markalı neftin qiyməti 58 dollar idi, bu gün isə 53 dolardır. Dünya mətbuatı neftin qiymətinin artdığını deyir. Lakin bu artım keçən həftələrə nisbətdə olub. Neftin bahalaşmasının əslində iki səbəbi var. Birincisi, dollar dünya bazarlarında ucuzlaşıb. Neftin qiymətini dollarla oduğu üçün, dollar ucuzlaşdıqca neft bahalşır. İkinci səbəb, iki gündən sonra Vyanada “OPEC” toplantısı olacaq. Hasilatın dondurulması ilə bağlı keçən ilin sonunda verilən qərar 6 aylıq idi. Indiki iclasda həmin qərarı 6 ay da uzatmaq istəyirlər. Bazarlar isə buna pozitiv reaksiya göstərir. Neftin qiymətinin artıb-qalxması bununla bağldır”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR