Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı

Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı
13:18 23 May 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

“Putinin şəxsi aşbazı öz çirkli pullarını gətirib Ermənistanda yuyur”.

Publika.az
xəbər verir ki, bu barədə erməni ekspert Ruben Meqrabyan Ermənistan hakimiyyətinin Rusiyayönümlü siyasətini tənqid edərkən deyib.

Onun sözlərinə görə, İrəvandakı hakimiyyət Moskvaya sitayiş edir: “Çünki bu hakimiyyətin qalmasını ruslar təmin edir və bu təminat nə qədər davam edəcəksə, sitayiş də o qədər olacaq”.

Erməni ekspert hakimiyyətin Ermənistana qoyulan Rusiya investisiyaları haqda dediklərini də tənqid edib.

“Halbuki, bunu investisiya adlandırmaq olmaz. Onlar çirkli pulları gətirib burada yuyurlar. Putinin şəxsi aşpazı “Erebuni” hərbi bazasının ərazisində öz firmasını açıb, istədiyi kimi davranır. Budur Rusiya investisiyaları?!”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR