XİN: Britaniyadakı partlayışda ölən və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

XİN: Britaniyadakı partlayışda ölən və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur
13:22 23 May 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Bu barədə Trend-ə XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə istinadən bildirib.

O qeyd edib ki, amma məsələ ilə əlaqədar səfirlik Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək.

Qeyd edək ki, İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.

Trend-in yerli polisin "Twitter" hesabına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 22 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2758125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR