"Barselona" şokda: həbs olundu

"Barselona" şokda: həbs olundu
13:27 23 May 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın keçmiş prezidenti Sandro Rosell həbs olunub. Fanat.Az xəbər verir ki, sabiq klub rəhbəri çirkli pulların yuyulmasında ittiham edilir.


İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin yaydığı məlumata görə, 4 nəfərlə birlikdə yaxalanan Rosell "Rimet" adı verilən əməliyyat çərçivəsində saxlanılıb.


Aparılan araşdırma nəticəsində məlum olub ki, Braziliya milli komandasının oyunlarının canlı yayım haqqlarında qanunsuz "mükafat" alınıb və bu pullar "vergi cənnəti" hesab olunan ölkələrdəki offşor şirkətlər vasitəsi ilə "yuyulub".


Saxlanılanlar arasında Braziliya Futbol Konfederasiyasının prezidenti Rikardo Teyşeyranın da olduğu iddia olunur.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquot-okda-hbs-olundu-t58282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR