Səfirlik: Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb

Səfirlik: Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb
13:27 23 May 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ "Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi bildirir ki, hazırda olan məlumata görə Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb".
Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Amma məsələ ilə əlaqədar səfirlik Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək", - deyə, Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, mayın 22-si axşam saatlarında "Mançester Arena"da keçirilən konsert zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər ölüb, təqribən 60-a yaxşı şəxs yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefirlik-mancesterdeki-partlayisda-olen-ve-xesaret-alanlar-arasinda-azerbaycan-vetendasinin-olmasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR