Avropa hava limanında TERROR HƏYƏCANI

Avropa hava limanında TERROR HƏYƏCANI
13:48 23 May 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

İsveçin Göteborq şəhərində yerləşən “Landvetter” beynəlxalq hava limanında terror həyəcanı yaşanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb aeroportda tapılan şübhəli çanta olub.

Hava limanının çıxışında bir nəfərin tapdığı şübhəli əl çantası ilə əlaqədar bomba həyəcanı verilib.

Şübhəli çanta ilə əlaqədar hava limanının 200 metrliyində təhlükəsizlik tədbirləri görülüb, aeroportdakı insanlar təxliyə olunub. Şübhəli çantanın ətrafında bəzi maddələr aşkar edildiyi üçün mütəxəssislər çantada bomba olması ehtimalını irəli sürüb.

Hələlik şübhəli çantanın içərisində nə olması barədə məlumat verilmir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR